Bakıda və Xaçmazda dəm qazından boğulma halları qeydə alınıb

Bakıda 30 yaşlı kişi, Xaçmaz da isə 82 yaşlı qadın dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, Yasamal rayon ərazisində 1993-cü il təvəllüdlü Nicat Bayramov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Bundan başqa Xaçmaz rayon sakini, 1941-ci il təvəllüdlü Malikə Şərifova dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.