Diyarbəkirdə son bir həftədə 2 nəfər selfi çəkmək üçün dırmaşdıqları tarixi qaladan yıxılaraq yaralanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, YUNESKO-nun Dünya İrs Siyahısına düşən Diyarbakırın tarixi divarlarına dırmaşanların selfi həvəsi davam edir.
Həftə ərzində 2 nəfər təhlükəli olduğu üçün dırmaşması qadağan edilən tarixi qaladan yıxılaraq xəsarət alıb.
Yaralıların vəziyyəti yaxşıdır, lakin vətəndaşlar selfi çəkmək üçün divarlara qalxmağa davam edir.