Şəkidə 10-a yaxın avtomobil toqquşub

Şəkidə biri mikroavtobus olmaqla 10-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şəki-Qax avtomobil yolunun Quxmuq kənd inzibati ərazisindən keçən hissəsində, Quxmuq körpüsünün üstündə baş verib.

Qəza zamanı biri sərnişin daşıyan mikroavtobus olmaqla 10-a yaxın avtomobil toqquşub. Qəza zamanı avtomobillərin sürücüləri və sərnişinlərdən xəsarət alan olmayıb. Lakin avtomobillərdən dördünə ciddi ziyan dəyib. Qəzaya səbəb dumanlı hava və körpününü yol örtüyünün buz bağlaması olub.

Faktla bağlı araşdırma aparılır.