Bakıda 8 min manatlıq oğurluq edən şəxslər tutulub

Bakıda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.
Araşdırma aparılır