Polis atanın qızına zorakılıq etməsi barədə görüntüləri araşdırır

Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar, məsələ nəzarətə götürülüb:

"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".