Türkiyədə daha bir kəşfiyyat qrupu ələ keçdi

Türkiyənin əks- kəşfiyyat xidməti İstanbulda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.

Caliber.Az xəbər verir ki, saxlanılan şəxslər Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən olan insanların Türkiyədəki həyat və fəaliyyətləri barədə məlumat toplayıblar.

Bildirilir ki, kəşfiyyat dəstəsindən olan daha bir nəfərin axtarışları davam edir. Qeyd olunur ki, Türkiyədə böyük bir uyğur icması var.

Qeyd edək ki, Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat çərçivəsində bu gün Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi aşkarlanıb.