Meşəni “isinmək” üçün yandırdı

Antalyanın Kemer şəhərində baş verən meşə yanğını qrupların müdaxiləsi ilə nəzarətə götürülüb. Yanğını törətməkdə şübhəli bilinən şəxs yanan ərazidə huşsuz vəziyyətdə tapılıb. Bildirilib ki, şübhəli şəxs spirtli içki qəbul etdikdən sonra isinmək üçün ocaq yandırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 15 nəfərlə yanğını söndürməyə gedən qruplar yoldan təxminən 600 metr hündürlükdə əraziyə çata bilib.

Rayon Polis Şöbəsi və tibb qrupları da ərazidə hazır hazır  vəziyyətdə dayanıblar.

Yanğın qruplar tərəfindən mühasirəyə alınaraq nəzarətə götürülüb.

İlk tibbi yardım üçün yanğın yerinə gedən meşə mühafizə işçisi Mustafa Atcı yanan sahənin ortasında yerdə uzanmış şəxsi görüb.
. Onun adı F.K. (25) olaraq təyin olunan şəxs, sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından təcili yardımla Kemer dövlət xəstəxanasına aparılıb.

F.K.-nın ilk ifadəsində spirtli içki qəbul etdikdən sonra isinmək üçün ocaq yandırdığını dediyi öyrənilib. Xəstəxanada müayinədən sonra F.K.-nın şübhəli şəxs qismində polis bölməsinə aparılacağı bildirilib.