"Qəsdən nasaz təyyarələr hazırlayırlar..."- Bu sözlərin müəllifi ölü tapıldı

Texniki problemləri ilə tez-tez gündəmə gələn, dünyaca məşhur təyyarə şirkəti "Boeinq"-i az qala ifşa edən Con Barnett adlı yüksək səviyyəli işçi ölü tapılıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisənin təfərrüatları bütün dünyada səs-küyə səbəb olub.

"Boeinq" şirkəti bütün dünyada əsasən təyyarələr, vertolyotlar, raketlər, peyklər, telekommunikasiya avadanlıqları və raketlər dizayn və istehsal edən Amerikanın çoxmillətli aerokosmik şirkətidir. 1916-cı ildə ABŞ-ın Vaşinqton ştatında Uilyam Boinq tərəfindən yaradılan şirkət hərbi təyyarələrin istehsalı ilə də məşğuldur. Şirkətin istehsal etdiyi "Boeinq- 737" model təyyarəsi tez-tez baş verən qəzalarla gündəmə gəlir.  Mütəxəssislər "737"-nin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri kimi pilotların sistemlə mübarizəsini, qeyri-adekvat təlim keçməsini, dizayn və təhlükəsizlik baxımından "Boeinq"in çatışmazlıqlarını müəyyən ediblər. Nəhayət, Alyaska Hava Yollarının 1282 saylı reysi ilə uçan "737 Max 9" tipli təyyarənin gövdəsinin bir hissəsi havaya qalxdıqdan qısa müddət sonra qoparaq yerə düşüb və təyyarədə dəlik əmələ gəlib. Təyyarə Portlenddə məcburi eniş edib, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

ABŞ-də hava yolları tərəfindən istifadə edilən 171  "Boeinq 737 Max 9" tipli təyyarə yoxlama üçün depoya çıxarılıb. Başda Alyaska və United Airlines olmaqla yüzlərlə reys ləğv edilib. Türk Hava Yolları da bu tip 5 təyyarənin yoxlanılacağını açıqlayıb.

Digər tərəfdən, son illərdə tez-tez "Boeinq"i ifşa edən və təyyarənin səhvlərini həm məhkəmədə, həm də müxtəlif media qurumlarında açıqlayan Con Barnett adlı keçmiş işçi, təyyarənin səhvləri ilə bağlı yenə məhkəməyə müraciət etmək niyyətində idi. Barnett 32 il "Boeinq"də işləyib və keyfiyyət üzrə məsul vəzifədə çalışıb.

Bazar ertəsi yayımlanan bir hesabata görə, şirkətə qarşı açılan bomba iddiasında ifadəsinin ikinci hissəsinə gəlməyən Barnett, otelinin dayanacağında yük maşınında ölü tapılıb. Səlahiyyətlilər deyir ki, Barnett özünü güllələyib. Barnet son illərdə təzyiq altında işləyən işçilərin bilə-bilə təyyarələrə keyfiyyətsiz və səhv hissələri quraşdırdıqlarını iddia edərək, təyyarələrin istehsalının tələsik olduğunu iddia edirdi.