İqtisadçı: Layihənin parametri...

2035-ci ilə qədər Abşeron yarımadasında ikinci sərnişin hava limanı tikiləcək.
 Bakı Dövlət Layihə İnstitutundan bildirilib ki, hava limanının tikintisi şəhərin cənub zonasında - Ələt qəsəbəsi ərazisində nəzərdə tutulub. Qeyd edilib ki, Bakı Beynəxalq Aeroportunun ötürmə qabiliyyəti 2035-ci ilə qədər sərnişin axınını tam həyata keçirə biləcək. Lakin turizmin inkişaf tempini, Ələtdə azad ticarət zonasının yaradılmasını nəzərə alaraq biz duşunuruk ki, daha bir beynəlxalq aeropotun inşasına ehtiyac var.

İqtisadçı ekspert Eldəniz Əmirov isə "Sherg.az"a açıqlamasında deyib ki, yeni tikilməsi nəzərdə tutulan Aeroportun texniki, iqtisadi, coğrafi və digər layihə parametləri elə hazırlanmalıdır ki, o yalnız Ələt Azad İqtisadi Zonasına deyil, həm də Lapus-Lazuli, TXBNM (Orta Dəhliz), Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb kimi 5 nəqliyyat dəhlizinə tam inteqrasiya edilə bilsin və bu dəhlizlərin əsas ortaq komponentinə çevrilsin:

 "Konsepsiyanın hazırlanmasında və layihələndirilmə mərhələlərində uzun müddətli dövr üçün qeyd edilən hədəflər nəzərə alınmasa, sonra bunu etmək mümkün olmayacaq. Çünki həmin ərazilərdə digər böyük layihələr sürətlə icra olunduğu üçün 10 il sonra Aeroportun coğrafi genişləndirilməsi praktik olaraq mümkün olmayacaq".