Qadın qətli: Polisə şikayət etdi, evinin qarşısında öldürüldü


Türkiyənin Aydın şəhərində qadın qətlə yetirilib.

Sherg.az xəbər verir ki, Sultanhisar rayonunun Atça məhəlləsində yaşayan Aylin Pekin Mehmet Şah Yeşilovanın onu daim narahat etməsindən sonra polisə şikayət edib.

Şikayətdən sonra Yeşilova dünən saat 22:00 radələrində Pekinin evinə gedərək onu gözləməyə başlayıb.

Pekin evdən çıxarkən Yeşilova dəfələrlə silahdan atəş açıb.

Bədəninin müxtəlif nahiyələrinə 3 güllə dəyən Pekin yaralanıb, Yeşilova hadisə yerindən qaçıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Həkim qruplarının müayinəsindən sonra Aylin Pekinin öldüyü müəyyən edilib.

Pekinin cəsədi polis və prokurorun hadisə yerində araşdırmasından sonra yarılmaq üçün Aydın Adnan Menderes Universiteti Ədli Tibb Təşkilatının meyitxanasına göndərilib.

Jandarma hadisədən sonra qaçan Mehmet Şah Yeşilovanı Atça məhəlləsinin çıxışında yaxalayıb.

Jandarm, hadisə yeri onların məsuliyyət zonasından kənarda olduğu üçün Yeşilovanı polisə təhvil verib.

Polis Aylin Pekinin qətli ilə bağlı araşdırmalara başlayıb.