Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb

Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

APA-nin Şirvan bürosu xəbər verir ki, yolun çökməsi avtomobillərin hərəkətinə mane yaradır.

Yolun 147-ci kilometrliyində asvalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər məcburən yolun kənarındakı torpaq hissə ilə növbəli hərəkət edirlər. Bu da dolduqca təhlükəlidir. Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.