Bilgəhdə evdən 8 min manatlıq oğurluq olub

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bilgəh qəsəbəsində evlərdən birinin həyətindən 8000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Zamiq Mənzimov saxlanılıb.

Araşdırma aparılır.