Ağacı ildırım vurdu, üstündəki quşlar tələf oldu

Türkiyənin Şanlıurfa bölgəsində ildırımın vurduğu ağac alovlanıb, üzərindəki quşlar tələf olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şanlıurfanın mərkəzində baş verib.

Güclü leysan zamanı ildırımın vurduğu xurma ağacında yanğın baş verib.

Alov ağacı bürüyüb, üzərindəki quşlar tələf olub.

Vətəndaşlar tökülən yarpaqların arasından sağ qalan quşları xilas etməyə çalışıb.