Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Faktı təhsil ocağının işçiləri də təsdiqləyiblər. Belə ki, məsələ ilə bağlı Həmkarlar İttifaqının iclası keçirilib, hesabata 66 nəfər qol çəkərək nazirliyə göndərilib. Liseyin İstehsalat təlim ustası Qeys Əhmədovun sözlərinə görə, müəllimlərdən şübhələnirlər. O bildirib ki, təhsil ocağına daxil olarkən hər kəsi yuxu basır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hadisə ilə bağlı liseyin rəhbər şəxsləri ilə görüş keçiriblər. Lisey rəhbərliyinin və dəvət edilmiş aidiyyəti şəxslərin açıqlamaları dinlənilib, məsələnin təfərrüatı barədə izahatlar alınıb.
Sosioloq Lalə Mehralı "Sherg.az"a söyləyib ki, məlumatı eşitdikdə çox təəssüflənib:
"Çünki bu dövrdə xurafata inanan insanların varlığı, cadunu yerləşdirənin isə müəllim olması dəhşətdir. Həmçinin bu amil uşaqların gələcəyi və təhsil müəsisənin səmərəliliyi barədə də düşündürür. Təbii ki, tarix boyunca cadu, sehr, tilsim və s. kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.Əgər müəllimlər yaz aylarında yuxu basmanın nədən qaynaqlandığını bilmirsə, bunu cadu ilə əlaqələndirlərsə, o zaman biz uşaqlarımızdan inciməməliyik. Hətta onların az bal toplamasına, oxuma həvəsinin olmamasına heyfslənməməliyokk. Çünki hamısı bir-biri ilə əlaqəli problemlərdir. Nəticə də ortalıqdadır".