Tarlada müəmmalı qətl: Hürən itlər tərəfindən tapıldı

Sakaryada tarlada insana aid olduğu düşünülən köynək, ayaqqabı və sümüklər tapılıb. Eyni yerdə daim hürən küçə itlərinin üstü açılan qətllə bağlı araşdırmalar davam edir. 

Sherg.az xəbər verir ki, Çeşmə, Alandüzü mahalı, Adapazarı məhəlləsində bir tarlada davamlı olaraq eyni yerə gedən sahibsiz itlərin hürməsindən və oradan gələn qoxudan şübhələnən şəxs vəziyyəti jandarmaya xəbər verib.

Bölgəyə gələn qruplar əraziyə baxış keçirib və insana aid olduğu zənn edilən köynək, ayaqqabı və sümüklər aşkar ediblər. 


 
Sümüklər və digər materiallar qorunub saxlanılaraq Sakarya Təhsil və Araşdırma Xəstəxanası Korucuk Otopsi öncəsi Mərkəzinə aparılıb.

Burada aparılan müayinələrdən sonra sümüklərin insana aid olub-olmadığı müəyyənləşəcək. Sümüklərin insan olduğu aşkar edilərsə, mərhumun kimliyi DNT testi ilə müəyyən ediləcək.

İstintaq davam edir.