İtə qarşı cinsi zorakılıq: Şübhəli saxlanılıb

İstanbul Bakırköydə itə qarşı cinsi istismarda ittiham olunan şəxs polis tərəfindən saxlanılıb. Ədliyyəyə sövq edilən şübhəliyə vətəndaşlar polis bölməsi qarşısında reaksiya göstərib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə Şenlikköy məhəlləsindəki meşəlik ərazidə baş verib.

İddiaya görə, şübhəli şəxs ətrafdakıların bəslədiyi iti meşəlik əraziyə apararaq cinsi istismar edib.

Daha sonra şübhəli hadisə yerini tərk edib.

İtin taqətdən düşdüyünü görən məhəllə sakinləri vəziyyəti polis qruplarına xəbər verib.

Şenlikköy Polis İdarəsi məsələ ilə bağlı işə başlayıb və it Bakırköy Bələdiyyəsi Baytarlıq Müdirliyi tərəfindən sağlamlıq müayinəsinə aparılıb.

Polis qrupları çalışaraq hadisənin baş verdiyi ərazidə və ətrafdakı təhlükəsizlik kameralarını araşdırıb.

Şübhəlinin şəxsiyyəti və yaşayış ünvanı dəqiqləşdirilib.

Onun Küçükçekmecedəki tikintidə mühafizəçi olduğu bildirilib.

Baytarın sağlamlığına baxış zamanı itin dəfələrlə cinsi istismara məruz qaldığı müəyyən olunub.


İtlə küçədə gəzən şübhəli P.T-nin təhlükəsizlik kamerasına düşdüyü və ətrafdakıların polis bölməsinə gələrək P.T.-nin şəxsiyyətini müəyyən etdiyi öyrənilib.

P.T. polis qrupları tərəfindən ədliyyə binasına aparılarkən, bir qrup heyvansevər şübhəliyə etiraz edib.