
Girov olduqda psixoloji danışıqlar aparılmalı və... -Təhlükəsizlik ekspertindən RƏY
11:49 23.07.2024
Hadisə
438
Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşaq girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.
Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, uşağın bu işin içərisində yer alması narazılıqlara səbəb olub:

“Bu xalq və əhali arasında təşviq yaratdı. Lakin polis əməkdaşlarımızın səyləri nəticəsində cinayətkar zərərsizləşdirildi. Ümumiyyətlə girov olduqda cinayətkarla psixoloji danışıqlar aparılaraq onun nəticəsində zərərsizləşdirilməlidir. Çünki bu cür cinayətkarlar götürdüyü girovlara zərər verə bilər. Dünya təcrübəsində də belə hallar zamanı psixoloji danışıqlar aparılaraq cinayətkara təsir göstərilir. Məhkum olan şəxslər isə nəzarət altında saxlanılır. Ancaq ölkədə məhkumların sayı həddən çox olduğuna görə tam nəzarətdə saxlamaq mümkün deyil. Bu mexanizm tənzimlənməlidir. Yəni hər bir məhkum azadlığa buraxıldıqdan sonra müəyyən müddət nəzarət altında olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm