Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Şəkidə minik avtomobili ağaca çırpılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 15-i axşam saatlarında rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Taleh Mustafa oğlu Nöbərovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

T. Nöbərov, avtomobildə olan iki sərnişin - Baş Göynük kənd sakinləri 1995-ci il təvəllüdlü Asim Bəxtiyar oğlu Hacıəliyev və 1990-cı il təvəllüdlü Elzamin Qüdrət oğlu Ağasıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.