Bakıda itkin düşən əcnəbi qadın tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən 75 yaşlı qadın tapılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1949-cu il təvəllüdlü daun sindromlu Buşkina Lyubov Nikolayevnana polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***
Bakıda 75 yaşlı qadın itkin düşüb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayonu, F.Xoyski küçəsində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı Mirzəxanova Maperi Mirzəxan qızı polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü daun sindromlu qohumu Buşkina Lyubov Nikolayevnanın C.Naxçıvanski küçəsində yerləşən 8 km bazarında naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Hazırda Lyubov Buşkina Nikolayevnanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.