Bayramov İğdır-Naxçıvan-Qars xəttindən danışdı

“İğdır-Naxçıvan-Qars” qaz-boru xəttinin çəkilməsi yaxın zamanda başa çatacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, sözügedən xəttin tamamlanması prosesi ikili münasibətlərdə yeni mərhələyə keçid üçün təkan olacaq.