Naxçıvanda 137 namizəd müəllim adını qazanıb

Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib.
"Report"un yerli bürosu xəbər verir ki, müsabiqədə iştirak edən namizədlərdən 137-si müəllim adını qazanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər bir namizədə bərabər imkanlar yaradılmaqla, şəffaflıq təmin edilməklə keçirilən müsabiqənin test mərhələsinə 1 667 namizəd dəvət olunub, onlardan 1 341-i (80,4 faizi) imtahanda iştirak edib.