AMB-nin keçmiş baş direktoru nazirin müşaviri təyin edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.
Bu barədə Sherg.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, Fərid Osmanov 2005-ci ildən Azərbaycan Mərkəzi Bankında çalışıb.

2020-ci ildən isə AMB-nin baş direktoru kimi fəaliyyətini davam etdirib.

Xatırladaq ki, F Osmanov bir neçə gün öncə Mərkəzi Bankdakı vəzifəsindən ayrılıb.