Məşhur aktrisa vəfat etdi - FOTO

Türkiyəli məşhur aktrisa Sevil Üstekin vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
"Yeşilçam" ulduzlarından olan mərhum aktrisa “Şaban oğlu Şaban”, “Kapıcılar Kralı” və bir çox məşhur film və seriallarda çəkilib.
O həmçinin bir çox teatrlarla əməkdaşlıq edib.
Qeyd edək ki, S.Üstekinin 79 yaşı var idi.