Qubada kişi spirtli içkidən komaya düşüb.
Lent.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Vladimir Şeqolyov sərxoş vəziyyətdə komaya düşüb. Xəstəxanaya aparılan Vladimir Şeqolyov orada ölüb.
Sözügedən hadisəyə münasibət bildirən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, hər il milyonlarla insan spirtli içkidən dünyasını dəyişir:
''Çünki insanlar içkiləri dozadan artıq istifadə edirlər. Ancaq anlamırlar ki, həddindən artıq spirtli içki istehlakı çox vaxt gözə görünməyən və gözlənilməz risklər daşıyır. Qeyd edək ki, alkoqol insanın kifayət qədər yuxu almasına mane olur və qırmızı qan hüceyrələrinin fəaliyyətini pozur. Bu da yorğunluq hissinə səbəb olur. Spirtli içkilərdən istifadə həm də bir çox psixi pozuntulara gətirib çıxarır. Kişilər arasında gündə 30 qram alkoqolun qəbulu nəticəsində qaraciyər sirrozundan ölüm riski yüksəkdir. Spirt orqanizmdə məsrəf olunmadığından, mədəyə daxil olan kimi, birbaşa qana keçir və ondakı ağ qan cisimciklərini aradan qaldırır. Ona görə də bir balaca təzyiq belə şəxsin infarkt keçirməsinə səbəb olur. Hətta, böyrək xəstəliklərinin 90%-i spirtli içkilərin təsirindən yaranır. Unutmamalıyıq ki, spirtli içkilərin zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illərlə vaxt aparır. Bu səbəblərdən vətəndaşların spirtdən tamamilə imtina etməsi ən yaxşı yoldur''.