KİV: Paşinyan hökumətdə kadr dəyişikliklərinə başlayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacaq.
APA-nın “Armenia-Today” saytına istinadən xəbərinə görə, bu barədə “İravunk” qəzeti yazıb.
Nəşr hakim partiyadakı mənbələrə istinadən xəbər verir ki, yeni strategiyaya görə N. Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarında qətiyyətlidir.