Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün təhlillər aparmağı tapşırıb

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillər aparmağı tapşırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin bu mövzunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə qaldırıb.
Eyni zamanda, Rusiya dövlət başçısı bu mövzunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda müzakirə etdiyini qeyd edib.