Bayramov Azərbaycan-Türkiyə əlaqələri barədə…

İkitərəfli və çoxtərəfli Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələri regional təhlükəsizlik və rifah üçün mühüm mərhələdir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri ilə səmərəli müzakirədən məmnunluğunu ifadə edib. “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və dönməzdir”, - C.Bayramov vurğulayıb.