Bakıya Badamdar istiqamətindən daxil olan yol bağlanacaq -XƏBƏRDARLIQ

Sabahdan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlanacaq.

Sherg.az xəbər verir ki, bu barədə Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.

Qeyd edilib ki, Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.