MİT-dən əməliyyat: Daha bir PKK lideri məhv edildi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İraqın Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının "rəhbər"lərindən olan Gülistan Tekik öldürülüb.
Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olurmuş.
Həmçinin, o, PKK-nın ideologiyasını yayırmış.