Çin xarici işlər naziri ABŞ-yə xəbərdarlıq edib

Çin xarici işlər naziri Van İ ABŞ-yə xəbərdarlıq edib.
APA xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.
XİN rəhbəri bildirib ki, ABŞ iqtisadiyyat, ticarət və texnologiya sahələrində Çini sıxışdırmağı dayandırmalıdır.
Van İ Ukrayna münaqişəsindən danışıb. O qeyd edib ki, ABŞ Ukrayna məsələsində məsuliyyəti Çinin üzərinə atmamalıdır.