Uşaq muzeydə yaşı 3500 illik olan küpəni sındırıb

İsraildə muzeyə gələn uşaq təsadüfən 3500 illik küpəni sındırıb.

Tunc dövrünə aid olduğu təsbit edilən əsər, cümə günü dörd yaşlı uşaq küpəni sındırana qədər Hayfadakı Hecht muzeyində 35 il sərgilənirdi.


Sherg.az BBC-nin məlumatına əsasən xəbər verir ki, muzeyin idarəçiləri arxeoloji tapıntıların “maneəsiz” nümayişinin “xüsusi cəlbediciliyi” olduğuna inandığından əsər muzeyin girişinin yanında şüşəsiz nümayiş etdirilib.

Uşağın atası Aleksin dediyinə görə, oğlu "içində nə olduğuna görə" küpəni bir az dartıb və onun aşmasına səbəb olub.

O, əlavə edib ki, sınmış küpənin yanında oğlunu görəndə şoka düşüb və əvvəlcə “bunu mənim uşağım etməyib” deyə fikirləşib.

Muzeyin məzmun meneceri Lihi Laszlo deyib: “Eksponatların qəsdən zədələnməsi halları var və belə hallara polis də daxil olmaqla, çox ciddi yanaşır. Lakin bu vəziyyətin fərqli olduğu və muzeyə gələn azyaşlı uşağın təsadüfən küpəni  sındırdığı nəzərə alınacaq".

Küpənin şərab və zeytun yağı kimi materialların daşınması üçün nəzərdə tutulduğu təxmin edilir.


Bildirilib ki, işlərin bərpası üçün mühafizə üzrə ekspert təyin edilib.

Muzey rəsmiləri testin “qısa müddətdə” sərgi sahəsinə qaytarılacağını bildiriblər.