Xaricdəki Rusiya vətəndaşlarını təqib edənlərə qarşı ordudan istifadə ediləcək

Rusiya Prezident Vladimir Putin xaricdəki ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun imkanlarından istifadəyə icazə verən qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və ya digər məhkəmələr tərəfindən təqib edildiyi təqdirdə ordunun imkanlarından istifadəni nəzərdə tutur.

Sənədə əsasən, Rusiya Prezidenti Rusiya Silahlı Qüvvələrinin bölmələrini xaricdəki vətəndaşlarını təqiblərdən qorumaq üçün istiqamətləndirəcək.