Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda şəhid polis Erkan Tütüncülerin dəfn mərasimində baş verən hadisə faciə ilə nəticələnib.
Sherg.az xəbər verir ki, dəfn zamanı Türk bayrağına sarılaraq emosional çıxış edən 61 yaşlı Ahmet Kartal bir neçə dəqiqə sonra qəfil özünü pis hiss edərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin məlumatına görə, Kartal beyin qanaması keçirib və günlərdir reanimasiyada müalicə alsa da, bu gün saat 03:00 radələrində həyatını itirib.
Hadisə 17 mayda baş verən və iki polisin şəhid olması ilə nəticələnən silahlı hücumun ardından keçirilən dəfn mərasimi zamanı qeydə alınıb. Kartalın dəfn mərasimində etdiyi çıxış sosial mediada da böyük təsir yaradıb.