Azərbaycanın Rusiyadakı səfiri Qaluzinlə ikitərəfli əlaqələri müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər.

Teleqraf Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, çoxşaxəli Rusiya-Azərbaycan müttəfiqliyinin daha da gücləndirilməsi, o cümlədən Cənubi Qafqazda və Xəzər regionunda sülh, sabitlik və əməkdaşlığın təməllərinin möhkəmləndirilməsi üçün məhsuldar birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəlik təsdiqlənib.