Cümhuriyyət Xalq Partiyasında son günlər baş verən gərginliklərin ardından Baş Qərargahda yeni hazırlıqlar diqqət çəkib.
Sherg.az xəbər verir ki, məlumata görə, məhkəmə qərarı ilə yenidən sədrlik vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlu üçün partiya binasında hazırlıqlar görülməyə başlanıb.
Bildirilir ki, Kılıçdaroğlunun kabinetinə asılmaq üçün çərçivələnmiş qara-ağ fotoşəkillər partiya mərkəzinə gətirilib. Həmçinin onun masasının üzərinə qoyulması üçün “Genel Başkan” yazılı ad lövhəsinin də hazırlandığı qeyd olunub.
Partiya daxilində son günlər yaşanan hadisələr siyasi gündəmdə gərginliyi davam etdirir.