Pavel Durovun keçmiş həyat yoldaşı onu məhkəməyə verib

Fransa polisi tərəfindən saxlanılan “Telegram” platformasının yaradıcı Pavel Durov keçmiş həyat yoldaşı İrina Bolqar tərəfindən İsveçrə məhkəməsinə verilib.
APA-nın məlumatına görə, bu barədə “Forbes” jurnalı xəbər yayıb. İrina Bolqar Durovu birgə nikahdan doğulan 2017-ci il təvəllüdlü övladını döyməkdə ittiham edib.
Bundan başqa, o, Durovun övladları üçün aylıq 150 min avro alimenti ödəməli olduğunu tələb edib.

Bununla yanaşı, İrina Bolqar deyib ki, “Telegram”ın sahibi artıq iki ildir övladları ilə görüşmür.