Oyuncaqlar əyləndirir, öyrədir, dünyanı öyrənməyə kömək edir və hətta, ünsiyyət bacarıqlarını inkişaf etdirir. Ancaq bunların hamısının belə üstünlükləri yoxdur - uşağa zərər verə bilənlər də var.
Bəs, uşaqların sağlamlığı üçün oyuncaqların hansı təhlükələri var? Valideynlər övladlarına oyuncaq alərkən nələrə diqqət etməlidirlər?
Suallarımızı cavablandıran pediatr Sevda Novruzova "Sherg.az"a söyləyib ki, Çində istehsal olunan oyuncaqlar dünyanın bir çox ölkələrində olduğu kimiAzərbaycanda da geniş istifadə edilir:
''Çin istehsalı olan oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə var ki, bu da uşaqlara həddindən artıq zərərli təsir göstərir. Bu oyuncaqların qiyməti ucuz olduğu üçün isə maddi cəhətdən zəif insanlar onlardan əldə edirlər. Fikrimcə, bu cür orqanizmə zərərli olan keyfiyyətsiz məhsulların ölkəyə daxil olmasının qarşısını almaq lazımdır. Təbii ki, ölkə bazarında normal oyuncaqlara da rast gəlinir. Amma onların qiyməti bir qədər bahadır. Fikrimcə uşaq sahibi olanlar çox pul verib az oyuncaq almalıdırlar. Ümumiyyətlə valideynlər oyuncaq alarkən xüsusən diqqətli olmalıdırlar. Çünki uşaq oyuncaqla sıx təmasda olur və hətta, onu ağzına salır. Oyuncaq alarkən öncə onun materialına fikir vermək lazımdır. Gigiyenik tələblərə cavab verməyən oyuncaqlar böyük fəsadlar törədə bilər. İstənilən halda uşaq oyuncaqlarını hər zaman steril saxlamaq, uşaqların əllərini əşyalarla təmasdan sonra hər dəfə yumaq mümkün olmur. Daha böyük yaşlarda isə təmas faktoru qurd xəstəliklərinin yayılmasında rol oynayır''.