Pavel Durov Paris məhkəməsinə gətirilib

"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.

APA AFP-yə istinadən xəbər verir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək. Pavel Durovun öz telefona giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.

Xatırladaq ki, Pavel Durov avqusutun 24-də Parisdə saxlanılıb.