İsrail ordusu “İslami Cihad”ın Livan və Suriyada əməliyyatlar üzrə məsul şəxsini zərərsizləşdirib

İsrail ordusunun bu gün Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstin “İslami Cihad”ının üzvü Faris Qasim zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Faris Qasim “İslami Cihad”ın Livan və Suriyada əməliyyat planlarının hazırlanması üzrə məsul şəxs olub.

Faris Qasim fələstinli döyüşçülərin Hizbullah sıralarına cəlb edilməsində də vacib rol oynayıb.