Ərdoğan Türkiyədə diplomatik fəaliyyəti bitən ABŞ səfirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfiri Ceff Fleyki qəbul edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş səfirin Türkiyədəki diplomatik fəaliyyətinin bitməsi ilə bağlı baş tutub.