Ermənistanın çirkin planı: İrəvan ABŞ ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Belə ki, son zamanlar Ermənistan tərəfindən Naxçıvan istiqamətində dəfələrlə atəşkəsin pozulmasının şahidi olmuşuq. Eyni zamanda, bu gün
saat 06:45 radələrində də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.


Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, hazırda Ermənistan ABŞ-la kifayət qədər genişmiqyaslı hərbi və hərbi texniki əməkdaşlıq proqramına malikdir: 

“Bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılmasının davam edir.
Paralel olaraq ABŞ-in hərbi bazasının Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi də Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Daha əvvəllər Rusiyayla əməkdaşlıq edən Ermənistan davamlı olaraq Azərbaycanı Rusiyayla qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Qərbi Zəngəzurda yerləşən ABŞ bazasının mövcudluğundan cəsarətlənən Ermənistan, məhz Naxçıvan istiqamətində atəşkəsi pozmağa və həmin ərazi yaxınlığında mövcud olan ABŞ ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Bununlada intensiv şəkildə həm Naxçıvan, həm də Laçın istiqamətində təxribatlara və atəşkəs pozuntularına yol verir.
Bütün bunlar Azərbaycanın səbrini daşırmağa və rəsmi Bakının Ermənistana qarşı sərt addımlar atmasına hesablanıb. Hazırda Azərbaycan tərəfinin proseslərə bir qədər təmkinli yanaşması Ermənistanı daha da cəsarətləndirir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısını almaq üçün mütləq daha təsirli addımlar atmalıdır”.