Keçəlliyə məruz qalacağını insanın öncədən bilməsi mümkündür. Çinli mütəxəssislər hər bir insanın yaşlandıqca keçəlləşmə təhlükəsinin hansı dərəcədə ola biləcəyini xəbər verən üsul tapıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, əhalinin az qala 90 faizinin ümumi problemi olan saç tökülməsinə hormon balanssızlığı, yaş, immun sistemi kimi bir çox faktor səbəb ola bilər. Keçəlliyin daha çox genetik meyillə əlaqəli olduğuna inanılır, lakin həkim Joe Vaytinqtona görə, bu, tam dəqiq bir nəzəriyyə deyil. Sosial mediada 3 milyondan çox izləyicisi olan Joe Vaytinqton, keçəlliklə bağlı bəzi ümumi inancların yanlış olduğunu müdafiə edir. Keçəlləşmə ehtimalının barmaqlarla da hesablana biləcəyini ifadə edən həkim bu mövzuda müxtəlif elmi araşdırmaların aparıldığını bildirib. O, “2D:4D nisbəti”nə diqqət çəkir. Çinli tədqiqatçıların tətbiq etdiyi bu üsulda keçəlləşmə riski barmaqlara baxılaraq hesablanır. Mütəxəssislər aşkar ediblər ki, sağ əldə 2D:4D nisbəti nə qədər aşağıdır, yəni adsız barmaq şəhadət barmağından nə qədər uzundursa, androgenetik alopesiya riski bir o qədər yüksəkdir. Dr. Joe, aşağı 2D: 4D nisbətinə sahib insanların keçəl olma ehtimalı yüksək olanlara nisbətən 6 dəfə daha çox olduğunu təklif etdi. Bu, insanın ana bətnində daha çox testosterona məruz qalması ilə izah edilə bilər. İnstaqramda yarım milyona yaxın insanın izlədiyi videosunda həkim yaşlandıqca saç foliküllərinin DHT hormonuna daha həssas olduğunu və kiçilib öldüyünü ifadə etdi. Gələcəkdə keçəl olub-olmayacağınızı anlamağın yolunun barmaqlarınızdan keçdiyini vurğulayan mütəxəssis, "Prenatal testosterona məruz qalmağınız yaşlandıqca DHT-yə qarşı daha həssas olmanıza səbəb olur və keçəl olma ehtimalınızı artırır" deyib. Saç tökülməsi heç bir tibbi təhlükə yaratmasa da, özünə inamın azalması, depressiya kimi psixoloji problemlərə yol aça bilər. Tədqiqatçılar bildirirlər ki, barmaq nisbətinin tapılması insanları risk dərəcəsi haqqında məlumatlandıracaq və erkən müalicə imkanını təmin edə bilər. Bəzi tədqiqatlar homoseksual kişilərin heteroseksual kişilərə nisbətən daha yüksək 2D:4D nisbətinə sahib olduğunu müəyyən etdi. Bu, prenatal testosterona məruz qalmanın kişilərdə cinsiyyətin inkişafı ilə əlaqəli ola biləcəyini göstərir.