Peskov: Kursk AES-də nüvə təhlükəsinin artmasında Ukrayna günahkardır

"Kursk AES-də nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı daha aydın görünür".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov AEBA rəhbərinin Kursk AES-ə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə dünən baş tutan təmasların qiymətini dünən “Rosatom” rəhbəri verib.

"O, mövqeyini təfərrüatlı şəkildə ortaya qoyub. Qrossinin stansiyaya PUA zərbələrinin nəticələrini gördüyünü, təhlükəni, davam edən potensial təhlükəni qiymətləndirdiyini söyləyib. Məlum səbəblərə görə AEBA məsuliyyət daşıyanları elan etmək səlahiyyətinin olmamasına istinad edir, lakin burada o qədər aydın görünür ki, heç bir sual yoxdur. Nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı burada daha aydın görünür", deyə Kreml rəsmisi vurğulayıb.