Xudatda ana azyaşlı övladına xəsarətlər yetirib

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə M. Əbilov küçəsində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.

Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.