Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Axar.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, "Daevoo" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Elmidar Kazım oğlu Xudiyevi ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.