Xocavənddə yanğın: Əraziyə helikopterlər cəlb olunub

Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qurumdan Sherg.az-a verilən məlumata görə, hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.