Generalın qardaşı vəfat etdi

Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov vəfat edib.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Zeynalov 2007-2018-ci illərdə Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı olub. O, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.