Xaçmazda avtomobil səkiyə çırpılıb, 1 nəfər ölüb

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Opel" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək səkiyə çırpılıb.
Nəticədə 23 yaşlı Şəhriyar Məmmədov hadisə yerində ölüb. 22 yaşlı Gülməmməd Gülməmmədov isə, xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.