
Paytaxtın tıxac problemi: Valideynlər övladlarını ictimai nəqliyyata etibar etmirlər?-RƏY
11:52 16.09.2024
Cəmiyyət
445
Bu gün dərs ilinin başlanması ilə əlaqədar Bakının əksər yollarında tıxaclar yaranıb.
Orta və ali məktəblərin yaxınlığındakı yollarda, avtovağzaldan "20 Yanvar" dairəsinədək, Xutordan keçmiş K. Marks dairəsinədək olan ərazidə, Binəqədi yolunda, şəhərin mərkəzi küçələrində avtomobillərin sıxlığı və tıxac yaranıb.
Tıxacla əlaqədar bəzi avtobuslar yolunu dəyişdirib.
Maraqlıdır, nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da, problem həll olunmur. İllərdir müşahidə olunan mənzərə bəllidir. Səhər, günorta, axşam sıxlıq, tıxac...
Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a deyib ki, indiki zamanda əhalinin çox hissəsi övladlarını məktəbə aparıb-gətirmək üçün ictimai nəqliyyatdan istifadə etmir:

''Təəssüf ki, problemi yaradan əsas amillərdən biri də məhz, budur. Lakin əhalini qınamaq olmaz. Çünki ictimai nəqliyyat yetərincə keyfiyyətli xidmət göstərə bilmir. Avtobuslar arası stansiya uzun məsafədədir. Həmçinin avtobuslar dolu şəkildə gəldiyi üçün sıxlıq yaranır. Ona görə də valideynlər övladlarını ictimai nəqliyyata etibar etmirlər. Daşınmaların 90 faizi isə şəxsi avtomobillərin, manatlıq taksilərin payına düşür. Fikrimcə, yeni çəkilən zolaqlar belə, paytaxtda tıxacın qarşını ala bilməyəcək. Hər bir halda zamanla nəticəni görəcəyik. Ancaq bu yöndə məktəblərin hər birində "school bus"-lar fəaliyyət göstərsə, tıxacı bir qədər aradan qaldırmaq mümkün olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tarixin ən gəlir gətirən aktyoru oldu!
06:42 15.09.2026
Şou
ABŞ-ın xam neft ehtiyatlarının həcmi kəskin azaldı
05:25 15.09.2026
Dünya
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət