Göldə faciə: 5 nəfər boğularaq öldü

Hatayın Kumlu mahalının Çatalhüyük rayonunda Reyhanlı Anbar gölünə girən 5 nəfər naməlum səbəbdən itib.

Sherg.az xəbər verir ki,  polis, jandarma, xilasetmə və 112 Təcili Sağlamlıq qrupları bölgəyə sövq edildi.

Komandanın işi ilə sudan çıxarılan 5 Suriya vətəndaşının həyatını itirdiyi müəyyən edilib.

Meyitlər hadisə yerində müayinə olunduqdan sonra xəstəxana morquna aparılıb.